"Şəki şərab" nizamnamə kapitalını artırdı
“ASK Şəki Şərab” MMC-nin adı dəyişdirilərək “Şəki Şərab” MMC adlandırılıb. Bu barədə “Vergilər” qəzetinin saytında dərc olunmuş elanda deyilir.
“Şəki Şərab” MMC-nin nizamnamə kapitalı 4,5 milyon manat məbləğində müəyyən edilib.
MMC-nin adının dəyişdirilməsi ilə bağlı qərar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 16 noyabr 2021-ci il tarixində qəbul edilib.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 29-da ““Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Özəlləşdirilməyə açıq elan edilən müəssisələrin siyahısına “ASK Şəki Şərab” MMC də daxildir.
Əsası 2006-cı ildə qoyulmuş Şəki şərab zavodu Çələbixan qəsəbəsində yerləşir. Müəssisənin illik istehsal gücü 200 min dekalitr və ya 2,66 milyon şüşə şərab təşkil edir.