Sosial iqtisadiyyat

Gələn il yaşayış minimumunun həddi 210 manata qaldırılır

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department