ENA+

Bayden 1,2 trilyon dollarlıq infrastruktur paketini təsdiq edib

ABŞ prezidenti Co Bayden özündə ölkə infrastrukturuna 1 trilyon ABŞ dollarından çox sərmayə yatırmağı ehtiva edən qanun layihəsini imzalayıb.

Bu barədə Ağ Evin məlumatında bildirilir.

Plan bu ayın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Senat isə avqust ayında təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, ABŞ infrastrukturunun inkişafına planlaşdırılan xərclərin ümumi məbləği 1,2 trilyon ABŞ dolları təşkil edir. Plana körpülərin və yolların tikintisinə 110 milyard ABŞ dolları, nəqliyyat təhlükəsizliyinin proqramlarına isə 11 milyard ABŞ dolları ayrılması daxildir.

Daha 39 milyard ABŞ dollarının ictimai nəqliyyatın modernləşdirilməsinə, 42 milyard ABŞ dollarının isə limanların və hava limanlarının infrastrukturunun inkişafına sərf edilməsi planlaşdırılır. Bundan əlavə, 55 milyard ABŞ dolları içməli su sisteminə, əhalini yüksəksürətli internetlə təmin etmək üçün 65 milyard ABŞ dolları, təmiz enerjinin nəqlinə isə 73 milyard ABŞ dolları xərcələnəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)