Sosial iqtisadiyyat

Ombudsman hərbçilərin pensiyası ilə bağlı məhkəməyə müraciət edib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

ENA.az xəbər verir ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq Plenumun icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)