Bank

AccessBank rəhbərliyində yeni kadr təyinatı oldu

Maliyyə sektorunda 15 ildən artıq təcrübəyə malik David Tsiklauri AccessBank-ın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

 

David Tsiklauri maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, AccessBank-a təyin olunmazdan əvvəl HamkorBank və Kompanion Bank-da Qeyri-icraçı direktor vəzifəsində işləyib, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub. Cənab Tsiklauri 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında - Bank of Georgia-da Baş Maliyyə İnzibatçısı və TBC Bank-da İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışıb. Bundan öncə isə cənab Tsiklauri Deutsche Bank-ın London ofisində Kapital bazarları və Xəzinə həlləri komandasında işləyib.

David Tsiklauri London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)