Birja

Neft yenidən bahalaşır

ABŞ dollarının möhkəmlənməsi fonunda qiymətin azalmasından sonra dünya bazarlarında neft korreksiya çərçivəsində bahalaşır.

ENA.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,24% bahalaşaraq, 1 bareli 82,84 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti də 0,22% artaraq, 1 bareli 81,52 ABŞ dolları təşkil edib. Ümumilikdə dünən qiymətlərdə müvafiq olaraq, 2,5% və 3,3% azalma qeydə alınmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department