2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər
![](https://ena.az/uploads/news/2021-11/_ena_006508f3f0f417af137a0c524_o.jpg)
"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi olaraq hədəfimiz və təklifimiz olacaq ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilsin".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yekunda hökumətin qərarı olacaq: "Qərar nə olsa, biz də onu müdafiə edəcəyik".