Dünyanın ən zəngin adamı səhv etdi - 50 milyard İTİRDİ

Dünyanın ən zəngin iş adamı İlin Mask 2 gündə 50 milyard dollar itirib.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb iş adamının keçirdiyi sorğu olub. Belə ki, o, "Tvitter"də izləyiciləri arasında sahibi olduğu Tesla şirkətinin səhmlərini satıb-satmaması ilə bağlı sorğu keçirib. Sorğu investorlar arasında narahatlığa, Tesla-nın səhmlərinin qəfil ucuzlaşmasına səbəb olub.
Hazırda İlon Mask yenə də dünyanın ən zəngin adamı olaraq qalır. İkinci yerdə gələn Cef Bezos ondan bir neçə milyard dollar geri qalır.