PASHA Life sürücülər axtarır - İŞ ELANI
İnzibati işlər şöbəsinin sürücüsü
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 3 (üç)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 14.11.2021-ci il
Vəzifə Öhdəlikləri:
- Nəqliyyat vasitəsinin yanacaq ehtiyatına nəzarət etmək və vaxtlı-vaxtında yanacaq kartı vasitəsilə yanacaq yükləmək;
- Xəttə çıxmadan öncə avtomobilin texniki vəziyyətini yoxlamaq:
- Nasazlıqlar haqqında rəhbərinə vaxtında məlumat vermək
- Problemin aradan qaldırılmasında iştirak etmək;
- Nəqliyyat vasitələrinin salonunun və xarici görünüşünün təmiz olmasına diqqət yetirmək və ehtiyac olarsa avtomobili xüsusi ayrılmış yerlərdə yumaq;
- Müəyyən edilmiş əməkdaş üçün xidməti fəaliyyət göstərmək;
- Tələb olduğu halda sənədləri lazımi ünvana çatdırmaq;
- Təmiz və səliqəli görünüşə malik olmaq və xüsusi geyim formasına riayət etmək;
- Bakı şəhərinin xəritəsini öyrənmək - əsas küçələrin, prospektlərin və alternativ yolların yerləşməsini bilmək;
- Nəqliyyat vasitələri ilə bağlı yaranan hadisə və problemlər haqqında dərhal rəhbərliyi məlumatlandırmaq;
- Yol hərəkəti qaydalarına riayət etmək;
- Yol hərəkəti qaydalarını pozduqda tətbiq ediləcək cərimə sanksiyalarının ödənilməsinə şəxsən məsuliyyət daşımaq.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sürücü kimi ən azı 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Tələb olunmur
- Dil bilikləri: Azərbaycan dili: əla
- Kompüter bilikləri: Tələb olunmur
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, keyfiyyət yönümlülük.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.