Sosial iqtisadiyyat

Qanunsuz sahibkarlıqla bağlı qayda sərtləşir

Qanunsuz sahibkarlıqla məşğulluğa görə tədbirlər sərtləşəcək.

Bu barədə Milli Məclisin təqdim etdiyi qanun layihəsində deyilir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir.

İXM-nin 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

Həmin maddədə, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

İXM-də digər dəyişiklik isə, 102.1-ci maddəyə “351-1-ci,” sözlərindən sonra “398-ci,” sözləri əlavə edilir.

*398-ci maddə – Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma

Bu madədə isə qeyd edilir:

Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.

Qeyd edək ki, inzibati protokolu tərtib etmə hüququ İN yanında Dövlət Vergi Xidmətinə məxsudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)