Rusiya Gümrüyə hərbi yüklərini Azərbaycan üzərindən aparır
Rusiya Ermənistandakı 102-ci hərbi bazasının təchizatını Azərbaycanın hava məkanı vasitəsilə təmin edir.
ENA.az xəbər verir ki, ötən gün Rusiya Müdafiə Nazirliyinin An-124 təyyarəsi Azərbaycan ərazisindən keçərək, İrəvan yaxınlığındakı Erebuni aerodromuna eniş edib.
Bazanın təchizatının İranla yanaşı, Azərbaycanın hava məkanı vasitəsilə də həyata keçiriləcəyi açıqlanıb.
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasında 5 mindən çox hərbçi, 100-dən artıq hərbi texnika və hava eskadrilyası var.