ARDNF ABŞ dolları ilə olan aktivlərinin payını 69%-dən çox səviyyədə saxlayıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 69,1% (2021-ci il iyunun 30-na 68,6%) təşkil edir. Bu barədə fondun məlumatında deyilir.
2021-ci il sentyabrın 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri $44 milyard 226,36 milyon təşkil edib, bunun $0,29 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.
Sentyabrın sonuna ARDNF-in investisiya portfeli $44 milyard 226,36 milyona bərabərdir.
Fondun investisiya portfelinin strukturunda 69,1% ABŞ dolları (2020-ci ilin yekunları üzrə 68%), 19,5% avro (2020-ci ilin sonuna 20,3%), 4,9% funt sterlinq (2020-ci ilin sonuna 5,3%), 0,6% Avstraliya dolları (2020-ci ilin sonuna 0,6%), 0,6% türk lirəsi (2020-ci ilin sonuna 0,7%), 0,7% rus rublu (2020-ci ilin sonuna 0,5%), 1,3% Çin yuanı (2020-ci ilin sonuna 1,3%), 1,4% yapon yeni (2020-ci ilin sonuna 1,5%), 1,9% digər valyutalarda (2020-ci ilin sonuna 1,8%) yerləşdirilib.
ARDNF-in məlumatına görə, fondun investisiya portfelinin 30,02%-i Avropa ölkələrində (2020-ci ilin sonuna 29,26%), 26,71%-i Şimali Amerika ölkələrində (2020-ci ilin sonuna 24,96%), 21,23%-i Asiya-Sakit okean regionu ölkələrində (2020-ci ilin sonuna 23,48%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 63,1%-i istiqrazlarda və pul bazarı alətlərində (2020-ci ilin sonuna 63,8%), 18,1%-i səhmlərdə (2020-ci ilin sonuna 15,9%), 6%-i daşınmaz əmlakda (2020-ci ilin sonuna 6,1%) yerləşdirilib. Qızılın payı 12,8% (2020-ci ilin sonuna 14,2%) təşkil edir ki, bu da 101,8 tona bərabərdir (2019-cu ilin sonuna 101,8 ton).
ARDNF-in vəsaitlərinin 90,8%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*