BMT: “Azərbaycan istixana qazlarının həcmini azaltmaq öhdəliyi götürüb”
“Azərbaycan BMT-yə iqlim dəyişikliyi ilə bağlı müntəzəm şəkildə hesabatlar təqdim edir, artıq 4-cü hesabat təqdim olunub”.
ENA.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı protokolu imzalayıb: “Bu sənəd ratifikasiya edilib və ölkəni alternativ enerji mənbələrindən istifadəyə təşviq edir. Hazırda Azərtbaycan istixana qazlarının həcminin azaldılmasına böyük töhfə verməsə də, 2030-cu ilə qədər bu barədə öhdəlik götürüb”.
BTM rəsmisi əlavə edib ki, Azərbaycanda ətraf mühitlə bağlı qanunvericiliyin tətbiq edilməsinə baxmayaraq iqlim dəyişikliyi baş verir: “Su qıtlığı bu dəyişikliyin yaratdığı problemlərdən biridir, ölkə ərazisinin 43%-i torpaq eroziyasından əziyyət çəkir. İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin vacib bir hissəsidir".