“Brent” neft yenidən ucuzlaşdı
CE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,56% azalaraq 1 barelə görə 84,14 dollar təşkil edib.
ENA.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,41% azalaraq 82,16 dollar təşkil edib.