Marketinq və reklam

Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi


Yelo Bank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Qan ver, həyat bəxş et” şüarı altında növbəti qanvermə aksiyasını keçirdi.

Aksiyanın məqsədi hemofiliya və talessemiya xəstəliyindən əziyyət çəkən körpələrə dəstək, həmçinin tədarük olunan qan ehtiyatını artırmaqdır.

Aksiya 15 oktyabr tarixində Yelo Bankın Baş ofisində, Mərkəzi Qan Bankının peşəkar həkim heyətinin nəzarəti altında baş tutub.

Yelo Bank sağlamlığın hər şeydən öndə olduğunu qeyd edərək hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olmaqdan çəkinməməyə və ehtiyacı olanlara dəstək olmağa çağırır.


Qeyd edək ki, Yelo Bank ötən il ərzində də bu cür aksiyaları təşkil edib. 

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department