SMTS MMC işçi axtarır - MAAŞ 1500-2500 MANAT
Baş mexanik
Vəzifə öhdəlikləri:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir;
- Fəaliyyətin monitorinqini aparmaq, qiymətləndirmək, hesabatlar hazırlamaq;
- İqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını
müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini; müəssisədə təmir xidmətinin təşkilini; avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını;
- Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
- Tabeçiliyində olan işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək və istehsalat intizamı, istehsalat sanitariyası və yanğından mühafizənin, daxili əmək nizam-intizam qaydalarına və normalarına riayət edilməsinə nəzarət edir.
Namizədə olan tələblər:
- Ali texniki və ya mühəndis-texniki təhsil (avtonəqliyyat üzrə)
- Rəhbər və mühəndis-texniki vəzifələrdə inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
- Avtomobillərə və texnikalara texniki xidmətin göstərilməsi və təmirin aparılması texnologiyasını və təşkilini bilməlidir;
- MS office proqramlarını əla səviyyədə bilməli;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analitik düşünmə qabliyyəti;
- Analiz və idarəetmə bacarığı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 30-55
- Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Baş mexanik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.