Daşkəsən Dəmir Filiz MMC işçi axtarır - VAKANSİYA
Təchizatçı
Şirkət haqqında:
“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir. Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.
Vəzifə öhdəlikləri:
• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
• Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını, tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender komissiyasına məlumat vermək;
• Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
• Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
• Təlimlər ilə əlaqədar daxil olan sifarişləri həyata keçirmək;
• Proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək.
Namizədə tələblər:
• Ali təhsil;
• 2 illik iş təcrübəsi – Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması üstünlükdür;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
• MS Office üzrə biliklər.
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Əmək haqqı razılaşma əsasında müəyyənləşdiriləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təchizatçı” qeyd etməklə cv@ddf.azergold.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.