Azərbaycan İnvestisiya Holdinqi Qazaxıstanla əməkdaşlığa başlayır
Azərbaycan İnvestisiya Holdinqi ilə Qazaxıstanın “Samruk-Kazyna” Fondu arasında qarşılıqlı faydalı əməkdaşlığın təməlini qoyacaq Əməkdaşlıq Memorandumu imzalanıb
ENA.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun başçılıq etdiyi nümayəndə heyəti 21-22 oktyabr tarixlərində Qazaxıstana işgüzar səfəri zamanı ölkənin milli sərvət fondu “Samruk-Kazyna”nın idarə heyəti ilə görüşüb.
“Samruk-Kazyna”nın baş qərargahında keçirilən görüşlərdə tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələr üzrə müzakirələr aparıb, eləcə də hər iki ölkənin sənayeləşməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həmkarları ilə müxtəlif strategiyaları müzakirə edib, təcrübə mübadiləsi aparıb.