Azərbaycan kartofu xaricə daşınır – 40 milyon dollar gəlir gətirib
![](https://ena.az/uploads/news/2021-10/_ena_9fb884fb55a855cf3ae900b3f_o.jpg)
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 39 milyon 856 min dollar dəyərində 91 min 835 ton kartof ixrac edilib.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Kartofun 2021-ci ilin ilk 9 ayının qeyri- neft sektoru üzrə ixracında xüsusi çəkisi 2.20% təşkil edib.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-nə kimi sahələrdən 984.8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3.6 faiz çox kartof yığılıb.