Birja

Neft ucuzlaşır: bugünə olan qiymətlər

Neft qiymətləri bir gün əvvəl artımdan sonra bugünki ticarət zamanı zəif dərəcədə aşağı düşür. Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bugün səhər saat 9:14-ə 85,68 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,14 dollar (0,16%) aşağıdır. 

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı xam neftin dekabr fyuçerslərinin qiyməti bu vaxta qədər 83,41 dollar / barel təşkil edir ki, bu da əvvəlki seansın yekun dəyərindən 0,01 dollar (0,01%) aşağıdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)