Bank

“PAŞA Bank”da yeni təyinat

PAŞA Bank” ASC-nin Fərdi Bankçılıq Departamentinə daxil olan şöbədə yeni təyinat baş verib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, Mahir Əfəndiyev Fərdi Bankçılıq Departamentinin Satış şöbəsinə rəhbər təyin edilib.

Qeyd edək ki,  bundan əvvəl, yəni 2021-ci ilin yanvarından M. Əfəndiyev “Bank BTB” ASC-nin Satışa dəstək departamentinin rəhbəri idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)