Avtomobil

Azərbaycana 9 ayda 563 milyon dollarlıq avtomobil gətirilib

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $659 milyon 508,16 min dəyərində (artım 42,5%) 64,954 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 82,3% artıb.

Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $562 milyon 679,89 min dəyərində (artım 40%) 60,578 min ədəd avtomobil (artım 68,1%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $2 milyon 281,71 min dəyərində 93 ədəd elektrokar və $53 milyon 627,65 min dəyərində 8,779 min ədəd hibrid avtomobil gətirilib.

Bundan başqa, yanvar-sentyabr aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $64 milyon 150,8 min dəyərində 4,123 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 73,5%), o cümlədən $12 milyon 576,89 min dəyərində 112 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 24,4%) gətirilib.

Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $20 milyon 100,58 min dəyərində 141 ədəd motorlu nəqliyyat vasitəsi (artım 9,3%) gətirilib.

2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)