Ləğv prosesində olan “Dəmirbank” kreditorlara olan növbəti ödənişin tarixini açıqlayıb
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 14 oktyabr 2021-ci il tarixdən etibarən başlayacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
Bakı şəhəri
Babək prospekti 16
Qaynar xətt: (012) 941