ABŞ hipersəsli silahların istehsal xərclərini azaldır
ABŞ hökuməti hipersəsli silahların istehsal xərclərini azaltmaq üçün tədbirlər görür.
ENA.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Haydi Şu Vaşinqtonda keçirdiyi konfransda söyləyib.
"Hipersəsli silahları daha əlverişli hala gətirməyi öyrənməliyik", - nazir müavini deyib.
Şu qeyd edib ki, ölkənin hərbi sənaye kompleksi buna xüsusi diqqət yetirməlidir.
Müdafiə nazirinin müavini Pentaqonun ən perspektivli işlərə diqqət yetirmək üçün bu sahədə maliyyələşdirilən layihələrin sayını azaldacağını da etiraf edib.