ENA+

"AST Telman" Monteneqro vətəndaşlığı alıb

Azərbaycanlı iş adamı Telman İsmayılov Monteneqro vətəndaşlığı alıb.

"BI" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, bu, Rusiyada iki biznesmenin qətlində adı hallanan iş adamının həbsini çətinləşdirəcək. İsmayılovun vəkili belə bir informasiyaya sahib olmadığını, lakin onun hələ də Rusiya vətəndaşlığında qaldığını bildirib. 

Yerli qanunvericiliyə görə, T. İsmayılov Rusiya vətəndaşlığında qalsa belə, digər ölkə vətəndaşlığını ala bilər.

Xatırladaq ki, “AST Telman” beynəlxalq axtarışa verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)