DSMF: Ünvanlı sosial yardımın bir ailəyə düşən məbləği 270 manata çatır
2021-ci ilin sentyabr ayında Azərbaycanda orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği açıqlanıb.
ENA.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
İlin 9-cu ayında ÜDSY-nin məbləği artaraq 234.6 manatdan 266.6 manata çatıb.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.6% artım deməkdir.