Azərbaycan Ermənistanla maliyyə əməliyyatlarını bərpa edir?
AZAL-ın təyyarələri Ermənistanın üzərindən uçacaq. Bu xəbərin arxasında əslində böyük xəbərlər toplusu var. Ondan başlayaq ki, bu hava dəhlizi əvvəllər də olub və ötən 30 ildə də açıq olub, digər aviaşirkətlər bu xəttlə Azərbaycana uçublar. Elə götürək Türk Hava Yollarını, bu xəttdən istifadə edirdi.
ENA.az olaraq qeyd edək ki, bir ay əvvəl isə Rusiya şirkəti Naxçıvan-Gəncə-Naxçıvan reysini məhz Ermənistan üzərindən həyata keçirdi. Bunu media xüsusi bir xəbər kimi təqdim etsə də, əslində yenilik deyildi.
Yenilik isə indi baş verir:
- Bu o deməkdir ki, Azərbaycan Ermənistanın hava dəhlizindən istifadə etməklə, ona ödəniş etməlidir, yəni Azərbaycanla-Ermənistan arasında maliyyə əməliyyatları başlayır.
- Azərbaycan prezidenti Ermənistanın baş naziri ilə görüşməlidir və bu görüş ərəfəsində ilk addımı Azərbaycan atmaqla, Zəngəzur koridorunda irəliləyiş əldə etmək üstünlüyünü qoruyacaq.
- İran özünün hava məkanından istifadə ilə bağlı Azərbaycana məhdudiyyətlər qoymaqla, özünü quyuya saldı və bununa bağlı əldə etdiyi gəlirdən məhrum olacaq.
- Azərbaycan daha qısa yolla uçacaq və bu “AZAL”ın xərclərini azaldacaq. Xüsusən də daxili reyslərə görə dövlət büdcəsindən ödənilən subsidiyanın həcminin azalmasına səbəb ola bilər.