Elm və Texnologiya

1 milyarddan çox “Facebook” istifadəçisinin məlumatları satışa çıxarılıb

1,5 milyard “Facebook” istifadəçisinin məlumatları “qara bazar”da satışa çıxarılıb.

ENA.az xəbər verir ki, bu barədə “Privacy Affairs” internet nəşri məlumat yayıb. Nəşr xatırladır ki, hələ sentyabrın 30-da haker saytlarından birinin istifadəçisi “Facebook”un verilənlər bazasına çıxış əldə etdiyini bildirmişdi. Hazırda 1,5 milyard müştərinin məlumatlarından ibarət həmin baza satışa çıxarılıb. Potensial alıcılardan biri artıq 1 milyon “Facebook” istifadəçisinin məlumatları üçün 5 min dollar təklif edib. Nəşr əlavə edir ki, bu, həcm baxımından “Facebook” istifadəçilərinin ən böyük məlumat sızmasıdır.  

“Facebook” tərəfindən məsələ ilə bağlı şərh verilməyib və məlumat təsdiqlənməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)