Dövlət qurumu işçi axtarır - VAKANSİYA
Dövlət Agentliyi yanında Publik Hüquqi Şəxs
Memar
Vəzifə öhdəlikləri:
• Obyektlərin eskiz və işçi layihələrinin norma və standartlara uyğun şəkildə layiələndirilməsi.
• Mühəndis kommunikasiya və kontruksiya şöbələri ilə koordinasiyalı şəkildə işin icra edilməsi.
• Tikililərə ilkin baxışın keçirilməsi, lazımı tələblərin müəyyən edilməsi və ölçü işlərinin aparılması.
• İlkin eskiz və işçi layihələrinin yüksək keyfiyyətli təsvirlərinin hazırlanması.
• Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasının təmin edilməsi.
• Baş planların işlənib hazırlanmasında və həllində iştirak edilməsi.
• Tikintinin layihələndirilməsində digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı.
• Obyektə ilkin baxışın keçirilməsi, lazımı tələblərin müəyyən edilməsi və ölçü işlərinin aparılması;
Tələblər:
• Ali təhsil (memarlıq);
• (Photoshop, Corel Draw, AvtoCad, Archi Cad, 3dMax) dizayn proqramlarında professional işləmə bacarığı;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və İngilis
• Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər;
• Detallara qarşı diqqətlilik;
• Verilmiş təlimatlar əsasında layihə işlərini zamanında yüksək keyfiyyətlə həyata keçirmək ;
• Gündəlik veriləcək memarlıq işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək;
• Rəhbərliyin tapşırıqlarını vaxtında təhvil vermək;
• Tamamlanmış layihələrin və sahə nəzarəti təcrübəsinin mövcudluğu;
• Paralel olaraq bir neçə layihəyə nəzarət etmək bacarığı;
• Daim öz üzərində çalışan və öyrənməyə meylli olmalı;
Namizədlər CV-lərini 28.10.2021 tarixinədək azada.huseynova.qim@gmail.com elektron ünvanına göndərə bilərlər.Xahiş edirik müraciət etdiyiniz vəzifənin adını (Memar) elektron məktubun mövzü bölümündə qeyd edəsiniz. Nəzərə alardınız ki, yalnız seçilmiş namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.