Sosial iqtisadiyyat

Azətbaycanda direktor 67 müəllimi işdən çıxardı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məlumat yayılıb. 

Bakupost.az saytı bildirir ki, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Sayt qeyd edir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralova verib və müəllimləri Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət ediblər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)