Vakansiyalar

Hayat Clinic işçi axtarır - VAKANSİYA

HAYAT CLİNİC MMC-də tibb məsələləri üzrə direktor müavini vakansiyası elan edilir

Vəzifə öhdəlikləri:

1. müalicə-diaqnostika bölmələrinə, kabinetlərə və laboratoriyalara rəhbərlik
2. müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək
3. müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparır, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görür
4. tibb müəssisəsinin fəaliyyətinin keyfiyyət göstəricilərinin təhlilini həyata keçirir.
5. tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirir.
6. klinik və səhər konfranslarını təşkil edir və keçirir.
7. həkimlərin və orta tibb heyətinin ixtisaslarının artırılmasını, klinik araşdırılmaları, məsləhətləşmələri və konsiliumları təşkil edir.
8. profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq edir.
9. tibbi yardım göstərilməsinin ardıcıllığını təmin edir
10. müəssisə üzrə struktur bölmələrinin idarəsini təşkil edir
11. daxili əmək rejimi, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət edir və s.
11. 6 günlük iş qrafiki, İstirahət günü – Bazar
12. Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

Vəzifəsinə qoyulan tələblər:

1. Ali tibb təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan şəxs təyin edilir.
2. Yaş həddi-40-45
3. Azərbaycan və rus dilini bilməli
4. İdarəetmə bacarığı
5. Microsoft Office proqramlarını bilməli

E-mail: Leyla.Aghayeva@hayat.clinic

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department