Ata və oğlu tikinti şirkətlərini birləşdirdi - AZƏRBAYCANDA
Azərbaycanda iki tikinti şirkəti birləşib.
“BI” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşulub. “Stil Tikinti” MTK ləğv olunduğunu elan edib.
“Şərur” MTK isə “Stil Tikinti” MTK-nın ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
2004-cü ildə yaradılmış “Stil Tikinti” MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi Naxçıvani, ev 3067-ci məhəllə, qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.
2001-ci ildə yaradılmış “Şərur” MTK-nın hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli , ev 758-ci məhəllədir. Şirkətin Qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundovdur.