Vakansiyalar

Irshad Electronics işçi axtarır - VAKANSİYA

Korporativ satış şöbəsinin rəhbəri

İş haqqında məlumat:

- İş yeri: “İrşad Electronics” MMC-Baş ofis
- İş qrafiki: Həftədə 6 gün iş, 1 gün istirahət
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
- Əməkhaqqı: 2000 azn+bonus

Tələblər:

- Yaş: 27-45 arası
- Cinsi: Kişi
- Azərbaycan və rus dillərini səlis bilməli,ingilis dilini bilməsi arzu olunandır
- Ali təhsil
- Bu sahə üzrə rəhbər vəzifədə ən azı 3 il təcrübə
- Komandada işləmək bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərini, texnikalarını bilməli
- Mükəmməl kommunikasiya qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti
- Vaxtın düzgün idarəedilməsi qabiliyyəti

Vəzifə öhdəlikləri:

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi

E-mail: hr@irtelecom.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department