Tenderlər

Yelo Bank tender elanı edir

 

“Yelo Bank” ASC-nin Nəznində olan Elektrik güc avadanlığına illik servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir.

 

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

 

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

 

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

 

  • Təklif ediləcək xidmətin qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

 

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

 

  • Qiymət təklifi (3 cu pointdə nəzərdə tutulan tələblər əsasında təqdim olunmalıdır).
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

 

 

 

  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

 

  • Tender təklifləri 4 oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 14:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81K ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
  • Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın bağ sahəsinə və İnzibati binanın daxilində olan bitkilərə bağış keçirilə bilər.

 

  1. Tələb olunan xidmətlər

 

  • 200 iş saatında və ya ildə bir dəfə ( 1 dəst üçün)
  • Qiymət təklifində Lənkaran, Bərdə, Gəncə və Sumqayıt filialları üzrə ezamiyyət xərcləri nəzərə alınmalıdır. Dirgər filiallar Bakı şəhəri ərazisində yerləşir.
  • Qiymət təklifində işçilik və material qiymətləri ayrı ayrılıqda göstərilməlidir.(istifadə olunacaq yağ və filtlərin markası qeyd olunmalıdır)
  • Xidmət 24/7 şərti ilə göstərilməlidir. Servis işlərindən əlavə ehtiyac olan materiallar, ehtiyat hissələri və işçilik əlavə razılaşdırılma əsasında ödəniləcək.
  • Göstərilən xidmətlərə və istifadə edilən material və ehtiyat hissələrinə iddiaçı ən azı 12 ay müddətində keyfiyyət zəmanəti təqdim etməlidir.
  • Yeni avadanlıqların montaj və demontaj edilməsi.

 

  1. Filiallar üzrə Generator Siyahisı.

 

Filialın adı

Generator

Ölçü Vahidi

Say

Gəncə filialı

Aksa APD40-33KVA, stabilizator Delta 100KVA

Dəst

1

Bərdə filialı

Aksa APD40-33KVA, stabilizator Delta 100KVA

Dəst

1

Lənkəran filialı

Aksa APD112A-110KVA, stabilizator Delta 100KVA

Dəst

1

Sumqayıt filialı

Teksan TJ80PR5C-80KVA

ədəd

1

Xalqlar filialı

Aksa APD75-75KVA

ədəd

1

Mərdəkan filialı

Aksa APD75-75KVA

ədəd

1

Sədərək filialı

Aksa APD75-75KVA, stabilizator 50KVA

Dəst

1

Xaçmaz filialı

Aksa APD75KVA-75KVA

ədəd

1

 

 

 

  1. Ödəniş və digər şərtlər

 

  • Tender iştirakçıları fərqli meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq.
  • Müqavilə 1 il ərzində qüvvədə olacaq.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

 

 

 

  1. Satınalan təşkilatın ünvanı

 

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Anar Asgarzade

İnzibati və Təchizat departamentinin

Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974

+99455 505 65 75

aasgarzada@yelo.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department