Qarabağ

Hərbçilərimiz Amaras monastrından qondarma bayrağı sökdürdü

Azərbaycan hərbçilərinin təkidi ilə Xocavənd rayonunda yerləşən Maçkalaşen kəndindəki Amaras monastrının üzərindən qondarma qurumun bayrağı yığışdırılıb.

ENA.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Maçkalaşen icmasının rəhbəri Lernik Avanesyana istinadən yazıb.

İcma rəhbərinin sözlərinə görə, azərbaycanlı hərbçilərin tələbindən sonra rus general erməni hərbçilərdən qondarma rejimin bayrağını endirməyi istəyib.

Daha sonra isə hərbçilərimiz Amaras monastrına Azərbaycan bayrağını asıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department