Vakansiyalar

PASHA Holding işçi axtarır - VAKANSİYA

PASHA Holding Hüquqşünas vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Şirkətin tam qanuni hüquqlarını təmin etmək məqsədilə razılaşmalar, müqavilələr və digər hüquqi sənədlərin hazırlanması və təsdiqlənməsi. Məhkəmə prosesləri - əmək hüququ, antiinhisar, sifarişçi müraciətləri (daxili və xarici) və sənaye münasibətləri ilə hüquqi əlaqələrin idarə edilməsi;
• Daxili idarəetmə siyasətlərinin tənzimlənmsi və uyğunluğunun mütəmadi olaraq izlənməsi;
• Birləşmələr və satınalmaların, vergi, risklərin idarəedilməsi, marketinq, rəqabət, requlyativ məsələləri də daxil olmaqla Qrup səviyyəsində hüquqi məsələlərin həll edilməsi;
• Məhkəmə qarşısında Holdinqin qanuni mənafelərinin qoruması;
• Holdinq daxilində katiblik və arxiv işlərinin əlaqələndirilməsi və Holdinq nümayəndələrinin səhmdarların iclaslarında və direktorlar şuralarında (nəzarət şuralarında) funksiyalarının düzgün yerinə yetirilməsinə dəstəyin göstərilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Biznes sahsində 3 il peşəkar Hüquqşünas təcrübəsi;
• Korporativ hüquq və prosedurlarının anlayışı və mükəmməl biliyi;
• Güclü ünsiyyət bacarıqları;
• Hüquq ixtisası üzrə magistr dərəcəsi;
• Azərbaycan , rus və ingilis dillərinin biliyi;
• MS Office proqramlarının yüksək səviyyədə biliyi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Hüquqşünas” qeyd olunmalıdır;
• CV-lər 22 oktyabr, 2021-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department