Sosial iqtisadiyyat

Bu il Azərbaycan iqtisadiyyatı 2,2 % böyüyəcək - PROQNOZ

Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi artıraraq 2,2 %-ə çatdırıb.

ENA.az xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiya İnkişaf Baxışı” hesabatında bildirilib.

Sənədə əsasən, gələn il isə Azərbaycanın ÜDM-si 2,5 % (proqnoz dəyişməyib) səviyyəsində reallaşacaq.

Qeyd edək ki, ADB bu ilin sonuna Gürcüstan iqtisadiyyatının 8,5 %, Qazaxıstan iqtisadiyyatının 3,4 % böyüyəcəyini, gələn il isə bu ölkələrin iqtisadi artım tempinin müvafiq olaraq 6,5 % və 3,7 % səviyyəsində olması proqnozlaşdırır.

Xatırladaq ki, 2021-ci ilin 8 ayında Azərbaycanın ÜDM-si real ifadədə 3,6 %, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5,7 % artıb. Qeyri neft-qaz sənayesində 18,7 %, kənd təsərrüfatında 5 %-lik iqtisadi artım baş verib.

Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)