“Yelo Bank” tender elan edir
“Yelo Bank” ASC-nin Yeni baş ofisinin Bağ sahəsində və İnzibat binada olan ağaclara, bitkilərə və güllərə qulluğun göstərilməsi məqsədilə açıq tender elan edir.
Tender iştirakçıları aşağıdakı meyarlara cavab verməlidirlər:
- Peşəkar, təcrübəli, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalı;
- Sözügedən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşdiriləcəkdir:
- Təklif ediləcək xidmətin qiyməti
- İştirakçı şirkətin bu sahədə təcrübəsi
- Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
- Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi (3-cü bənddə nəzərdə tutulan tələblər əsasında təqdim olunmalıdır).
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) sürətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)