Qarabağ

Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ

Ermənistan Baş naziri Nikol Paşinyan Tacikistanda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Görüş zamanı İranla Ermənistan arasında iqtisadi münasibətlərin inkişafı müzakirə olunub. Paşinyanın Rəisi ilə Gorus-Qafan yolunda yaranmış vəziyyətə toxunduğu da gələn xəbərlər arasındadır.

Qeyd edək ki, Tacikistanda işgüzar səfərdə olan Paşinyan sentyabrın 16 -da Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)