Vakansiyalar

"Aloe" işçi axtarır - VAKANSİYA

ALOE – sağlamlıq, gözəllik və gigiyena üçün geniş çeşidli məhsulları təqdim edən milli innovativ apteklər şəbəkəsidir. Aloe sağlam həyat tərzi üzrə Sizin etibarlı ailə məsləhətçinizdir.

ALOE – Azərbaycanda sağlam həyat tərzi formatında olan apteklərdən ən yaxşı iş yeridir.
ALOE - Bizimlə Sağlam Yaşa!

İş barədə:

• Əczaçı və satış məsləhətçilərdən ibarət komandanı idarə etmək;
• Komanda ilə birlikdə müştərilərə yüksək səviyyəli xidmət göstərmək;
• Dövriyyəni idarə etmək və əczaçılıq istiqamətləri və əlavə qeyri-əczaçılıq malları üzrə qarşıya qoyulmuş satış planlarını yerinə yetirmək;
• Satış nöqtəsində dərman / qeyri-dərman vasitələrinin minimum çeşidinin mövcudluğunu təmin etmək.

Təklifimiz:

• Sağlam həyat tərzi formatında olan innovativ aptekdə çalışmaq və inkişaf etmək;
• İntensiv korporativ təlim;
• Bu sahədə karyera yüksəlişi;
• Əmək haqqı + Bonus.

Tələblər:

• Əczaçılıq üzrə ali və ya kollec təhsili;
• Azərbaycan və rus dillərində sərbəst danışıq;
• Aptek müdiri kimi minimum 3 il iş təcrübəsi;

Uyğun namizədlər CV-lərini mövzu yerinə “Aptek müdiri” qeyd edərək job@aloe.az e-mail ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department