TURİZM

Əsl gəzməli vaxt elə indidir: payızda səyahət etmək üçün 10 ÖLKƏ

Gəzməyi sevənlər üçün bu, ucuz otel, ucuz uçuş biletləri və bir sözlə ucuz tətil deməkdir.

Yay bitir və payız başlayır. Gəzməyi sevənlər üçün bu, ucuz otel, ucuz uçuş biletləri və bir sözlə ucuz tətil deməkdir. Çox vaxt qiymətlər demək olar ki, yarıya enir. İzdihamlı və səs-küylü bir tətili sevmirsinizsə, sakitliyin tərəfdarısınızsa, təbiətdə olmağı, payızın parlaq rənglərindən, gözəlliyindən zövq almağı üstün tutursunuzsa səyahət üçün payız ideal vaxtdır. İndi soruşacaqsınız ki, gediş-gəlişin məhdud olduğu bu pandemiya vaxtı hara getmək olar?

Diqqətinizə fovaritim olan 10 ölkəni təqdim edirəm və hər bir ölkə üzrə pandemiya şərtləri və hava nəqliyyatı ilə bağlı ilkin məlumatları təqdim edirəm. Mənbəmiz isə mötəbərdir: 01 Sentyabr 2021-ci ildə yenilənən https://www.iatatravelcentre.com/world.php səhifəsindəki xəritədən gedəcəyiniz məkanla bağlı detalları daha dəqiq öyrənə bilərsiniz.  

Antaliya, Ağva və Abant, Türkiyə

Yayda Antalyanın ən yaxşı zamanı amma bizce payıza çata bilməz. Qızmar günəş nə yandırır və nə də soyuq deyil. Tərləmirsən, çimərliklər, meydanlar kütləvi turist axınından azad olub. Payızdakı isti dəniz zövqü tam başqadır. Antalya Kaleiçi, Düden Şəlaləsi, Kurşunlu Şəlalə, Hip-Notics, Antalya Muzeyi, Köprülü Kanyon, Tazı Kanyonu və s. görməli yerlərdəndir.

Yeşilçay və Göksu dərələrinin ortasında yerləşən Ağva min bir yaşıl çalarla insanı valeh olur. İstanbulun 100 kilometrliyində yerləşir. Tarixi və təbii gözəllikləri ilə onu görənləri məftun edir. Buranın Kilimli, Kadırga və Saklıgölü bütün Türkiyədə məşhurdur. Abant, şəhərin təlaşından uzaqlaşmaq istəyənlər üçün mükəmməl bir yerdir. Gölün mavisi sıx meşələrinin yaşıllığı ilə birləşəndə ​bol oksigenli möhtəşəm bir mənzərə ortaya çıxır. Abant payızı yaşamaq üçün ən yaxşı yerlərdən biridir. Gölün ətrafındakı ağaclar min bir sarı çalar aldıqda vizual bir ziyafət yaşanır. Payızda bu bölgə düşərgə üçün idealdır.

! Türkiyənin hava məkanı açıqdır. Turistlərdən mənfi COVID-19 testi tələb olunur. Karantin tətbiq edilə bilər. Birbaşa avia-reyslərdən istifadə edə bilərsiniz.     

 

Budapeşt, Macarıstan

Budapeşt, Dunay çayı ilə Buda və Peşt adlanan iki hissəyə bölünür. Buranı bir payız şəhəri adlandırırlar, çünki bura payızda həmişəkindən daha gözəl görkəm alır. Şəhərdə Osmanlıdan qalan yeganə miras isti bulaqlardır. Budapeştdə nələr edə biləcəyinizi soruşsanız, əksəriyyət sizə elə bu bulaqlara getməyi tövsiyə edəcək. Gallert təpəsindən şəhəri izləməyi, Balıqçılar Qülləsini görmeyi, Qəhrəmanlar Meydanında gəzməyi və onun arxasında yerləşən Varosliget şəhər parkını ziyarət etməyi unutmayın. Parkdakı isti su spalarından da istifadə edə bilərsiniz.

! Macarıstanın hava məkanı açıqdır. Turistlərdən mənfi COVID-19 testi tələb olunur. Birbaşa avia-reys yoxdur və yaxşısı tranzit kimi Türkiyədən uçmaqdır.   

 

Buxarest, Rumıniya

“Balkanların Parisi” titulunu daşıyan Buxarest qızılı payızda daha möhtəşəmdir.

Buxarestə “Balkan ölkələrinin kədərli gözəli” də deyirlər. Buna görə payız bu şəhərə çox yaraşır. Herastrau Parkdakı göl ətrafında saatlarla gəzmədən, şəhərin mərkəzindəki “Köhnə şəhər”i, Strada Lipscani küçəsini

və Pentaqondan sonra dünyanın ikinci ən böyük binası olan Parlament binasını görmədən ayrılmamalısınız.

! Rumıniya səyahətə açıqdır. Turistlərdən mənfi COVID-19 testi tələb olunur. Birbaşa avia-reys yoxdur və yaxşısı tranzit kimi Türkiyədən uçmaqdır.  

 

İspaniya, Madrid

İspaniya dünyanın ən çox turist qəbul edən ölkələrindən biridir, ilin hər fəsilində gözəldir. İberiya yarımadasında, Avropanın cənub-qərbində, o qədər rəngarəng və zəngin bir coğrafiyadadır ki, ən gözəl Aralıq dənizi ölkələrindən biri olmaqla yanaşı, İtaliyadan sonra dünyanın ən çox UNESCO mədəni irsinə sahibdir.

Paytaxt Madridin qürur duyduğu sənət muzeyləri, Museo del Prado, Centro de Arte Riena Sofia və Museo Thyssen-Bornemisza o qədər gözəldir ki, baxmaqla doymazsınız. Granada və Seviliya mədəniyyət və yod qoxusu ilə bənzərsiz Aralıq dənizi şəhərləridir. Hər il milyonlarla insan Əndəlüsə gələrək sultan saraylarını ziyarət etməyə, memarlıq inciləri olan məscidlərini görməyə və qədim Əndəlüsün havasından nəfəs almağa can atır.

! İspaniya səyahətə açıqdır. Ölkəyə giriş üçün sentyabrın 1-dən mənfi COVID-19 testi tələb olunur. Birbaşa reys yoxdur, tranzit kimi Frankfurt və Kiyev tövsiyə edilir.

 

Brugge, Belçika

Bura romantik şəhərdir. Yeni həyəcanlar, duyğulardan danışanda Avropanın ən gözəl şəhərlərindən biri kimi seçilən Bruggedən söz açmamaq mümkün deyil. Kanalları, dar küçələri, memarlığı ilə seçilən bu şəhər valehedicidir. 1200-cü illərdə zamanın dayandığı bir yeri düşünün. Binalar, küçələr, küçə lampaları, arabalar... Hər şey orta əsrlərdən günümüzə qədər gəlib çatıb. Küçələrdə tək gəzənlərin geyimləri bu günə uyğundur. Burada olmaqla keçmişə səyahət etdiyinizi düşünə bilərsiniz.

! Belçika səyahətə açıqdır. Turistlərdən mənfi COVID-19 testi tələb olunur. Birbaşa reys yoxdur. Bakı-London reysindən istifadə edərək, getmək mümkündür.

 

Qahirə, Misir

Payız mövsümü Misirə getmək üçün ən gözəl vaxtdır. Dünyanın yeddi möcüzəsindən biri olan Misir Piramidalarını görmək və qədim insan mumiyalarının qanlı-canlı şahidi olmaq üçün bu şəhərə getmək istəyənlər çoxdur. Pramidaların ətrafını dəvə və ya at kirayələyərək gəzmək, 2 saat qədər uzaqlıqda yerləşən Ain Sokhna şəhəri, Qızıl dəniz kənarını görmək ideal səyahətdir.

Qahirədə yerləşən Egyptian Muzeyi və Nil çayının ətrafı da gəzməli yerlərdən biridir. Mistik və möcüzələrlə dolu Misirə səyahət qiymətləri də bu dövrdə daha ucuz olur.

! Misir səyahətə açıqdır. Mənfi COVİD-19 testi verməklə səfər edə bilərsiniz. Birbaşa reys yoxdur, tranzit kimi Dubaydan istifadə edə bilərsiniz. 

 

Daşkənd, Özbəkistan

İncə və füsunkar şərq memarlığını sevənlərə yaxınlığımızda olan və kəşf edilməmiş Özbəkistana səfər etməyi təklif edirik. Böyük türk xaqanlarından biri olan Teymurləngin əsasının qoyduğu Teymurilər İmperiyasının paytaxtı olmuş Daşkənd və Buxara şəhərlərində çoxlu gəzməli yerlər, traixi abidələr, rəngli sənət dünyası istilərin azaldığı bir mövsümdə sizə rahat istirahət vəd edir. Əmir Teymur Sarayı, Özbəkistan Dövlət Tarix Muzeyi, Ədbülqasım mədrəsəsi, Cümə məscidi, Şeyx Xovandi, Romanovlar Sarayını gəzməyiniz tövsiyyə edilir.

! Özbəkistan səyahətə açıqdır. Turistlərdən mənfi COVID-19 testi tələb olunur. Birbaşa reys yoxdur, tranzit kimim Türkiyə istifadə olunur.

 

Stockholm, İsveç

Skandinaviya ölkələri ümumiyyətlə yaxşı inkişaf etmiş, nizamlı ölkələrdir. İsveç bu ölkələrin ən tanınmışlarından biridir. İsveçin paytaxtı Stokholm əsl payız şəhəridir. Mədəniyyət paytaxtları arasında olan Stokholm parklarında təbiət sizə payız aylarında ən gözəl üzünü göstərir. Bu gözəl şəhərdə olsanız, Milli Muzeyi və Xalq Kitabxanasını ziyarət etməyi məsləhət görürük.

Gamla Stan adında İsveçin köhnə şəhər hissəsi var. Unutmayın ki, bu şəhər dənizin üzərində tikilib və dörd bir yanı möhtəşəm parklardır. Həm də bu şəhər mədəniyyət paytaxtıdır. National Musuem (Milli Muzey), Stockholm Public Library (Stockholm Xalq Kitabxanası) kimi daha necə görüləsi yerlər var. Unutmayın ki, bura dünyanın ən bahalı şəhərlərindən biridir.

!İsveç səyahətə açıqdır. COVİD-19 testi mənfi çıxarsa səfər edə bilərsiniz. Karantin tələb olunmur. Tranzit ölkə kimi Türkiyəni seçməyiniz tövsiyə edilir.

 

Qafqaz Mineral Suları, Rusiya

Rusiyada payızda ən populyar yerlər Kislovodsk, Pyatigorsk, Jeleznovodsk və Yessentukidir. Burada yerli mineral bulaqlardan gələn gözəl su sayəsində həm aktiv, həm də sağlamlığı gücləndirən istirahət mümkündür. Kurortların hər birində gözəl çeşmələri və yolları olan parklar var. Bölgə həm də maraqlı yerləri və memarlığı ilə məşhurdur. Pyatigorskda bunlar Maşuk dağı, Proval gölü, Puşkin hamamları və təbii ki, Lermontovun Martynovla duelinin yeridir. Kislovodskda, Şalyapin mülkünün, Narzan Qalereyasının və Kaskad Pilləkanlarının yanından keçməyin və Jeleznovodskda Buxara Əmirinin sarayına da diqqət yetirin. Vaxtınız varsa, Kislovodskdan uzaq olmayan Bal Şəlaləsini ziyarət edin.

! Rusiya səyahətə açıqdır. PCR testi verməklə səfər edə bilərsiniz. Karantin tələb oluna bilər. Birbaşa reyslə rahat səfər edin.

 

 Amsterdam, Hollandiya

Kiçik kanallarda qayıqla gəzərək kanallar şəhəri olaraq bilinən Amsterdamda payızın möhtəşəm mənzərəsinə baxın. Payızda Amsterdamın təbiətinə aşiq olacaqsınız. Kanalların yanında saralmış ağacların altında gəmi gəzintisi etmək sizə gözəl bir zövq verəcək.

Payız Amsterdam parklarında çəmənlikdə uzanıb səmaya baxmaq üçün qaçılmaz bir fürsətdir. Bunu Vondelparkda etsəniz, əlavə bir göl mənzərəsi də zövqünüzü oxşayacaq. Amsterdamda payızdan zövq almaq üçün əvvəlcə velosiped kirayələyin. Kirəmitli evlərin və kanalların yanından keçərək özünüzü təbiətin qollarına buraxın. Van Gogh Muzeyinə baş çəkməyi də unutmayın.

! Hollandiya səyahətə açıqdır. COVİD-19 testi verməklə səfər edə bilərsiniz. Karantin tələb olunmurBirbaşa reys yoxdur, tranzit kimi Kiyev və Fransanı tövsiyə edirik. 

P.S. Fərqli coğrafiyası, mədəniyyəti, yaşam tərzi olan 10 ölkə seçdim. Elə qiymətləri də fərqlidir, seçimlərinizi büdcənizə uyğunlaşdırmağı unutmayın. Təki sağlam canınız və gəzmək üçün pulunuz olsun. Cibdə varsa pul, life is wonderful!  

aviatravel.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)