Neftin qiyməti 76 dollara çatdı
Birjalarda neftin qiyməti iyul ayında bu tərəfə ilk dəfə 76 dollar/barrelə çatır.
ENA.az xəbər verir ki, Brent markalı xam neftin ICE birjasında bir barreli 0.23% bahalaşmaqla 75.63 dollara ticarət olunub.
Oktyabr fyuçersləri üzrə WTI markalı xam neftin bir barreli 0.23% artımla 72.78 dollar olmuşdur.
Neftin ucuzlaşmasına əsas təsir edən amil isə ABŞ hökumətinin gözləntilərdən daha çox azalan neft hasilatı ilə bağlı hesabatdır.