TURİZM

“Şahdağ Turizm Mərkəzi”nin yeni sədri planlarını açıqlayıb

"Ümid edirik ki, bizə soyuq qar gətirmisiniz, çünki sabahdan qar gözləyirik"

"BI" xəbər verir ki, bu sözlərlə "Şahdağ" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rodderich Lefler Bakıdan gələn jurnalistlərə müraciət etdi.

R.Lefflerin sözlərinə görə, hazırda mərkəz sürüşmə zolaqlarının  yaxşı vəziyyətdə qalması üçün istifadə edilir. Yerin səthi soyuq olduğundan süni qar üçün çəkilən məsrəflər az olsa da kompleks səbirsizliklə qar gözləyir. Qarşıya qoyulan əsas məqsəd Şahdağı əla bir əyləncə mərkəzinə çevirmək və daha çox turist cəlb etməkdir. Bu məqsədlə əyləncə mərkəzlərinin sayı və xidmət çeşidləri artacaq. Bunların fonunda keyfiyyət bizim üçün çox önəmlidir. 


Kompleksin müştəri potensialına gəlincə, hazırda turistlərin 50 faizi yerli, 50 faizi isə xarici turistlərdir. Xarici turatlərin sayında isə Zaqafqaziya ölkələri və Rusiya öndədir. 

"Bu həftənin sonundan xarici turistlərin sayı artacaq və nəticədə yerli turistlərin sayı ilə bir balans yaranacaq. Əlbəttə xarici turist axınında artım gözləyirik". 

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri  Kənan Quluzadənin sözlərinə görə, bu ilin 11 ayında Azərbaycana gələn turistlərin sayı 6 faiz artıb. 

"Turizm üzrə dövlət proqramına əsasən yaxın 5 ildə Azərbaycana turst azını iki dəfə yüksələcək". 

K.Quluzadə Dövlət Turizm Agentliyinin tabeliyinə verilən 25 müəssisədə struktur islahatlarının aparıldığını vurğuladı:
"Şahdağda da struktur dəyişikliyi oldu. Məqsədimiz dövlət büdcəsindən çəkilən məsrəfləri optimallaşdırmaqdır"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)