Gorus-Qafan yolunda İranın avtobusları da yoxlanılır
“Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş polis və sərhədçilər bu gündən etibarən İranın yük maşınları ilə yanaşı, həmin ölkədən gələn avtobusları da yoxlamağa başlayıblar”.
Bu barədə məlumatı Gorus merinin müavini Karo Koçaryan deyib.
Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı.
Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.
Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.