Vakansiyalar

İş axtaranlar üçün - VAKANSİYALAR

Baku TV

Resepşn

Tələblər:

- Təhsil – Ali
- Təcrübə - 1- 3 il
- Cinsi – Qadın
- Dil bilikləri – Azərbaycan dili, Rus dili
- Sərbəst komputer istifadəçisi
- Proqram bilikləri – Ms Word
- Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli.
- Gülərüz, xoş görünüşlü olmalıdır.

İş barədə məlumat:

- Şirkətə gələn qonaqların qarşılanması ,yönləndirilməsi
- Telefon zənglərinin cavablandırılması, maillərin cavablandırılması
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi
- İş qrafiki: Növbəli iş qrafiki
- Əməkhaqqı - 500 azn nett

Maraqlananlar cv-lərini mövzu yerinə “resepşn” yazaraq , hr@management.az e-mail ünvanına göndərə bilərlər.

***

Enginet LLC

Vəzifə: Montajçı

Öhdəlikləri:

1.Montaj işlərinin həyata keçirilməsi;
2.Kabelləşmənin qısa və təhlükəsiz yolla çəkilməsi;
3.Müvafiq mərkəzləşmiş qutuların qurulması;
4.İşə başlamazdan öncə risklərin qiymətləndirilməsi, texniki nasazlıqların aradan qaldırıldıqdan sonra icraya başlanılması;
5.Texniki təhlükəsizliyə riayət edilməsi və təhlükəsizliklə bağlı müvafiq formaların imzalanması;
6.Verilən tapşırıqların vaxtında, dəqiq və qərəzsiz icra olunması;
7.Vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

1. Müvafiq sahədə 1 il iş təcrübəsi
2. Avtomobilin olması arzuolunandır.
İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: 400 AZN NET
İş yeri: Bakı şəhəri

Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Montajçı” yazmaqla göndərə bilərsiniz.

***

Melissa Group

Aktiv vakansiya: Satış təmsilçisi

İş barədə məlumat:

• Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
• Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi
• Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;
• Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;
• Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması;
• İnteryerin layihəsinin dəyişdirilməsində məsləhətlərin veriməsi, lazım gəldiyi təqdirdə memara yönləndirilməsi;
• Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;
• Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi;
• Satış hesabatları ilə əlaqədar Rəhbərliyin verdiyi tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə dair tələblər:

• Ali təhsil (sahə üzrə olması arzu olunandır)
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması (mənzil sektorunda təcrübə arzuolunandır);
• Riyazi hesablama və kompüterdən istifadə bacarığı (1C, MS Excel, MS Word)
• Komandada işləmə və satış həyata keçirmə bacarığı;
• Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
• Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması;
• Sürücülük vəsiqəsi
• Məsuliyyət, etik davranış və nizam-intizam.

İş günləri : həftədə 6 gün.
Yaş həddi: 20 yaş üzəri
Əməkhaqqı: 600 AZN+ bonus

CV-lərinizi hr@melissagroup.az ünvanına "satış təmsilçisi " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

***

Providence Doytch Limited

Sürücü

Tələblər:

- Minium 3-5 il müvafiq təcrübə
- Şirkət sürücüsü kimi təcrübəyə önəm verilir
- Rus və ya İngilis dilini orta dərəcədə bilənlərə üstünlük verilir

Əmək haqqı: 500 azn

Vəzifələr:

- Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız idarə etmək və onun düzgün texniki istismarını həyata keçirtmək;
- Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
- Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək
- Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.

Qeyd. Şəkilsiz cv-lər qəbul olunmur.

CV-lərinizi f.ismayilova@pdlworld.com ünvanına "sürücü " başlığı ilə göndərməyiniz xahiş olunur

***

Asthetic Lab

İş barədə məlumat:

- Müştərilərə zənglərin olunması, şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və klinikada olan prosedurlara dəvət olunması
- 2 növbəli işdir
- İş saatı 09:30-dan 14:30-dək, 14:30-dan 19:30-dək
- Həftədə 1 gün istirahət

Namizədə tələblər:

- Kosmetolojji klinikanın çağrı mərkəzinə xanım operatorlar tələb olunur
- Yaş həddi: 20-45
- Azərbaycan dilində səlist danışıq ,nitq qabiliyyəti (rus dili arzu olunandır)
- Kollektivlə işləmə bacarigi

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini astheticlab@gmail.com ünvanına göndərmələri və 0554571717 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Ünvan: Nərimanova rayonu ,Məsud Əlizadə küç.Bubnovsky Onurğa Mərkəzinin arxası.

***

Şirkət: Zəfəran hospital
Vakansiya: Qeydiyyatçı

Tələblər:

• Cins: Qadın
• Yaş: 20-25
• Təhsil: Ali və ya orta ixtisas
• Təcrübə: Müvafiq sahədə iş təcrübəsi arzu olunandır;
• Dil bilikləri: Azərbaycan və Rus dilini əla səviyyədə bilməli;
• Kompüter bilikləri: MS Office programlarında istifadə etmə bacarığı;
• Yüksək nitq mədəniyyəti.

Vəzifə öhdəlikləri:

• Telefon zənglərinin cavablandırılması və lazımi şəxslərə yönləndirilməsi;
• Müştəri sorğularının qeyd edilməsi və sorğuların müvafiq qaydada cavablandırılması;
• Müştəri sifarişləri və şikayətlərinə baxılması və müvafiq istiqamətlərə yönləndirilməsi;
• Müştərilərə tam, dəqiq və dolğun məlumat verilməsi.

İş şəraiti:

• İş qrafiki: I-V günlər 09:00-17:00, VI gün 09:00-15:00
• Əmək haqqı: 500 gross
• Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

***

Strix LLC

Şəxsi avtomobil ilə sürücü

Şəhər: Bakı şəxər daxili
Yaş: - 20-35 yaş

İş barədə məlumat:

- İş qrafiki 10:00 - 18:00
- İş həftədə 6 gündür
- Benzin pulu və yağ dəyişmə şirkət tərəfindən ödənilir

Namizədə tələblər:

- İşgüzar, məsuliyyətli
- Məhsuları təhvil alıb , təhvil vermək
- Azərbaycan dili mütləq , Rus dili arzu olunan
- Şəhəri yaxşı tanımalı
- İşində ciddi və məhsuliyyətli olmalı
- Qeyiminə və nəqliyyat vasitəsinin təmizliyinə nəzarət etməli
- Etik qaydalara fikir verməli
- Nəqliyyat vasiləsinin hər zaman səliqəli və saz vəziyyətdə saxlamlı

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Zəhmət olmasa namizədlər öz cv-lərini info@strix.az göndərsinlər.

Avtomobilin marka və modelin qeyd etməyi unutmayın.

***

Ev işlərində köməkçi

Tələblər:

• Ev işlərində bacarıqlı, təmizkar və səliqəli olmalı;
• Nizam intizamlı, məsuliyyətli, işində dəqiq və güvənilir olmağı vacib şərtdir;
• Yaş həddi: 35 - 45 yaş.

Vəzifələr:

• Evdə təmizlik işlərinin aparılması;
• Paltarların yuyulub ütülənməsi;
• Ev sakinləri üçün yeməyin hazırlanması.

İş barədə məlumat:

• İş qrafiki: Həftənin 6 günü saat 10:00-20:00, 1 gün istirahət günü;
• Yaşayış yeri Masazırda yerləşir, yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək (Yalnızdırsa ailə ilə yaşaması da mümkündür);
• Əmək haqqı danışıq yolu ilə (minimal 600 AZN).

Bu tələblərə uyğun namizədlər mövzu yerində “Ev işlərində köməkçi” qeyd edərək CV-lərini manager.recruitret@gmail.com elektron ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department