Bakıda 2 milyon manat kapital ilə yeni şirkət
![](https://ena.az/uploads/news/2021-09/_ena_1a7dc1af1c04123cee6768cbc_o.jpg)
Dövlət Vergi Xidməti “Anbarım Baku” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
ENA.az xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1-ci (Binəqədi) ev.72X-dir.
Nizamnamə kapitalı 2 073 715 manat olan “”Anbarım Baku””nun qanuni təmsilçi Hüseynov Sahib Ələsgər oğludur.