MALİYYƏ

İran Prezidenti ilk xarici səfərini Tacikistana edəcək

İran Prezidenti İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Tacikistana səfər edəcək.

“Mehr” agentliyi xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 13-də həftəlik mətbuat konfransında bildirib.

Səfər çərçivəsində bir sıra görüşlərin keçiriləcəyi də gözlənilir. Rusiya Prezidenti Vladimir Putinin də tədbirə qatılacağı planlaşdırılıb. Odur ki, İran və Rusiya prezidentlərinin görüşəcəyi də gözlənilir.

Qeyd edək ki, bu, prezident kimi İbrahim Rəisinin ilk xarici səfəridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)