Bu şirkətlərdə İŞ VAR - MAAŞ 500-2000 AZN
Şirkət: Grand Motors Company
Vəzifə: Satış assistenti
Vəzifə Öhdəlikləri:
• Müştəri bazasını yaratmaq ;
• Məhsulları müştərilərə təqdim etmək və satmaq;
• Sifarişlər haqqında məlumat vermək, məhsullar barədə sualları cavablandırmaq, hər zaman ən yaxşı müştəri xidməti bacarıqlarını nümayiş etdirməklə güclü, müsbət müştəri münasibətlərini yaratmaq və inkişaf etdirmək;
• Şirkətin satış standartlarını qorumaq və riayət etmək;
• Şirkətin prosedurlarına uyğun tərtib edilmiş və yazılmış məktublar, e-poçtlar və ya qeydlər şəklində zəruri hallarda satış işçilərinə müxtəlif yazılı ünsiyyət və yazışmanı təmin etmək;
• Artan satış və müştəri bazasını təmin edən əlaqələri yaratmaq üçün müştərilərlə daimi əlaqə saxlamaq;
• Müşətərilər ilə razıllşdırılmış müqavələləri və əlavələri hazırlayaraq təsdiqlətdirmək .
• Satışdan sonra ödinişləri izləyərək , borçların ödənilməsini nəzarətdə saxlamaq .
Namizədə dair tələblər:
• Ali təhsil
• Satış sahəsində ən azı 2 il təcrübəsi
• MS Office proqramları - əla səviyyədə
• Yüksək səviyyədə kommunikasiya qura və ünsiyyət yarada bilmək, “komanda oyunçusu” olması önəmlidir
• Aktiv, məsuliyyətli,və punktual
• İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır.
• Səlis nitq qabliyyəti.
İş şərtləri:
- Ə/h : 500-600 AZN + bonuslar
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
Maraqlanan namizədlər mövzu yerində “Satış asistenti” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.
***
Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Moto Kuryer
Tələblər:
- Yaş: 20-40;
- Sürücülük vəsiqəsi: A kateqoriyası (mütləqdir);
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Verilən tapşırığın operativ şəkildə yerinə yetirilməsi;
- İşində məsuliyyətli, çevik, nizam-intizamlı olmalı;
- Bakı şəhəri və ətrafını yaxşı tanımalı.
Vəzifə öhdəlikləri:
- Dərmanlar preparatlarının müvafiq ünvana çatdırılması;
- Təyin olunmuş yerlərdə dərman preparatlarının təhvil-təsliminin həyata keçirilməsi;
- Sifarişlər yalnız Bakı və Bakı ətrafı ünvanlara çatdırılır.
İş şəraiti:
- Əmək haqqı: 600 AZN gross
- Nahar şirkət tərəfindən təmin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Moto Kuryer” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
***
“Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.
Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.
Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.
Şirkət Müştəri xidmətləri şöbəsi üzrə “Qeydiyyatçı (Hostess)” vəzifəsinə vakansiya elan edir.
Namizədə dair əsas tələblər:
• Yaş: 22-dən yuxarı;
• Təhsil: Ali
• Cinsi: Qadın;
• Boy: 170
• Xoş xarici görkəm;
• Azərbaycan dili (sərbəst), rus dili (sərbəst) və ingilis dili (orta) səviyyədə bilmək
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.
Əsas vəzifə və öhdəliklər:
• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Şirkətə daxil olan müştəriləri və qonaqları qarşılamaq;
• Gələnlərin qeydiyyatını aparmaq;
• Müştəri məmnuniyyəti anketlərinə nəzarət etmək.
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
• Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşləri prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.
İş şəraiti:
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
• Saat 12:00 - 20:00
• Təcrübə artımı imkanları.
• Əmək haqqı 500-600 AZN
Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı (Hostess)”, sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
***
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Logistika üzrə koordinator” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: 1000-1200 AZN
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
- Təchizatçılardan sifarişlərin hazırlanmasını və vaxtında yerləşdirilməsini təmin ermək;
- Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək;
- Malların daşıyıcısını müəyyənləşdirək;
- Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək;
- Nəqliyyat planlarının işlənib hazırlanmasını həyata keçirmək;
- Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin Geopozisiyasını regionlara görə optimallaşdırmaq;
- Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
- Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
- Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
- Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
- Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
- Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
- Yeni daşıyıcı şirkətlər araşdırıb tapmaq;
- Tabeliyində olan işçilərə rəhbərlik etmək.
Tələblər:
- Ali iхtisas təhsili;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Kargüzarlıq qaydaları haqqında biliklər;
- Xarici dil bilikləri (yükək səviyyədə);
- Ünsiyyət qurma bacarığı;
- İNCOTERMS-2010 (beynəlxalq ticarət sövdələşməsi) qaydaları haqqında biliklər;
- MS Office proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL - yüksək səviyyədə);
- Coğrafi, riyazi və məntiqi biliklər.
- Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
- Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
- Logistik informasiya sistemləri və onların funksiyalarını bilməlidir;
- Logistika planlaşdırmasında proqnozlaşdırma prinsiplərini bilməlidir;
- Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
- Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
- Biznes planlarının, müqavilələrin, sazişlərin hazırlanması qaydasını bilməlidir;
- Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
- Əməyin mühafizəsi tələbləri və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Logistika üzrə koordinator” göstərin.
***
Şirniyyat mağazası
Mağaza direktoru
İş barədə məlumat:
• Mağazanın effektiv işinin təşkili
• Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili
• Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
• Görülən işin hesabatı, xaricd’n mal safarişi
• Malların qəbulu və iadəsinin təşkili
• Malların çeşidinə və keyfiyyətinə nəzarət
• Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək
Tələblər:
• Şirniyyat mağazasında 1 il director vəzifəsində təcrübə
• Ali təhsil (Texniki, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
• Yaş həddi: 25-45 yaş (xanım)
• Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
• Kompüter bilikləri: Ofis avadanlığı və MS Office proqramları ilə işləmək bacarığı
- Əmək haqqı: 1500-2000
- Şirkət tərəfindən nahar.
- Korporativ nömrə və balans şirkət tərəfindən təmin edilir.
CV-lərinizi cv@santral.az ünvanına " Mağaza müdiri " başlığı ilə göndərməyiniz xahiş olunur.