Azərbaycan iqtisadiyyatının böyümə tempi 4%-ə yaxınlaşıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çox olub.
Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, artım qeyri-neft sektorunda 5,5% təşkil edib.
Xatırladaq ki, bu ilin 7 ayında ölkə iqtisadiyyatı 2,7%, o cümlədən qeyri-neft sektoru 5,3% artım nümayiş etdirib.
Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6% təşkil edəcəyini proqnozlaşdırır.