ENA+

Bayden Çin lideri ilə razılığa gəldi

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.

ENA.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər ABŞ və Çinin aralarındakı rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üzrə məsuliyyətini müzakirə ediblər:

"Prezident Bayden ABŞ-ın Hind-Sakit okean bölgəsində və bütün dünyada sülh, sabitlik və firavanlığa olan dəyişməş marağını vurğulayıb. İki lider rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün hər iki ölkənin məsuliyyətini müzakirə ediblər".

Bundan əlavə, dövlət başçıları yalnız iki ölkənin maraqlarının üst-üstə düşdüyü sahələrə deyil, həm də bir-birindən fərqləndiyi sahələrə də toxunublar:

"İki lider maraqlarımızın üst-üstə düşdüyü və maraqlarımızın, dəyərlərimizin və fikirlərimizin fərqli olduğu sahələr üzrə geniş strateji müzakirə aparıblar. Onlar hər iki qrup məsələləri açıq və səmimi şəkildə müzakirə etməyə razılaşıblar".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)